Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
4818
29.01.2025, 18:11
Günlərdir yerli medianın gündəmini plastik əməliyyatdan bir müddət sonra dünyasını dəyişən Nəzrin Mansurlu və bu işlə əlaqəli həbs olunan plastik cərrah Sənan Mehdiyevlə bağlı xəbərlər zəbt edib.
Təbii olaraq bir xanımın gənc yaşında dünyadan köçməsi hər bir kəsi məyus edir.
Medianı da,əməliyyatı edən həkimi də,həkimin ətrafını da, oxucunu da ən çox üzən məsələ bir uşağın anasız,bir kişinin xanımsız,bir ata-ananın övladsız,bir kollektivin iş yoldaşsız qalması məsələsidir. Hamı bu məsələdə ailəyə başsağlığı vermək və səbr diləməklə onların dərdinə şərik olmağa çalışır.
Bu fakt hər kəs üçün ən öndə duran məsələdir.

Ancaq məsələ tək bununla bitmir. Ortada başqa bir fakt var.Daha doğrusu iki mühüm fakt var: Nüfuzlu “Liv Bona Dea”, yaxud “Liv Bona Dea”nın nüfuzu və həmin günü növbədə olan həkimlər. Və bu həkimlərin fonunda plastik cərrah Sənan Mehdiyevin həbsi faktı.
Təbii ki,məsələ ilə bağlı hüquq-mühafizə orqanları araşdırma, istintaq aparır. Bu, istintaqın obyektiv və ədalətli aparılmasına heç kimdə şübhə yoxdur. Çünki,son dövrlərdə, xüsusi ilə Prokurorluq orqanlarında illərdir gizli qalan cinayət işlərinin necə açılmasının,qaranlıq məqamlara işıq salınmasının,problemli vətəndaşların cənab Baş prokuror tərəfindən şəxsən qəbul edilməsinin və bu qəbul nəticəsində müşkülə çevrilmiş məsələnin tezliklə həllini tapmasının şahidi olanlardan biri də elə biz media nümayəndələriyik. Qısası, bu, araşdırmada obyektivlikdən kənara çıxılacağı heç kim üçün şübhə mənbəyi deyil.
Gələk məsələnin “Liv Bona Dea” nöqtəsinə. Azərbaycanda hər kəsə məlumdur ki, ən etibarlı tibb ocağı deyərkən ilk ağıla adlardan biri məhz “Bona Dea”dır. Klinikanın nüfuzu,müasir avadanlığa malik olması,peşəkar həkim heyyəti və inzibati binasının əlverişli şəraitdə olması və s. üstünlüklər onu ən öndə gedənlərdən biri olması faktını danılmaz edir. Bundan əlavə klinikanın həkim heyətinin daha peşəkar və adlı-sanlı olması bu tibb mərkəzinin adının brendləşməsinə səbəb olub. Təsadüfi deyildir ki, “Liv Bona Dea” nüfuzuna və etibarlığına görə hətta qonşu ölkələrin tanınmış klinikları ilə müqayisə edilir. Ölüm faktının bu klinikada baş verməsi suallara cavabın bir hissəsinin burada axtarılmasına işarə edir. Bəs,bu işarələr kimə,yaxud kimlərədir?

Həmçinin oxuyun
Rifah Həmidov - həkim
ABŞ-də yaşayan jurnalist Qənirə Ataş məsələ ilə bağlı paylaşım edərkən bir məqama toxunmuşdu. Həmin məqam xəstənin “Liv Bona Dea” klinikasına daxil olan zaman növbətçi həkimlərin adları məsələsi idi. Bəs, Nəzrin Mansurlu klinikaya gətirilən zaman növbədə olan həkimlər kim olub?
Məlumata görə, həmin günü “Liv Bona Dea” klinikasında qəbul şöbəsinin növbətçi həkimi Rifah Həmidov və reanimatoloq Məhsəti Yusifova olub. Suallardan biri də burada yaranır.Həmin həkimlər xəstəyə hansı formada və dərəcədə yardım edə biliblər?Vurulan iynələr, köçürülən sistemlər və s ... Burada ortada açıq qalan suallar çoxdur.

Fotoda reanimatoloq Məhsəti Yusifova
Təbii ki, bütün suallara ədalətli istintaqda cavab tapılacaq.
Və bu məsələdə “Liv Bona Dea” kimi nüfuzlu klinikanın adının hansısa əməkdaşa görə pis hallanmasının böyük ədalətsizlik olduğunu demək istəyərdim. Ümid edirik ki,”Liv Bona Dea” klinikası özü bu məsələnin aydınlığa çıxmasında addımlarını atacaq.
Oxu24.com mövzu ilə bağlı "Liv Bona Dea" klinikasının mövqeyini işıqlandırmağa hazırdır. Bu məqsədlə klinikaya sorğu ünvanlanıb.
Miri Məcidli
19:15 / 15 Dekabr 2025
18
18:43 / 15 Dekabr 2025
243
18:36 / 15 Dekabr 2025
31
17:51 / 15 Dekabr 2025
48
17:37 / 15 Dekabr 2025
611
17:14 / 15 Dekabr 2025
70
17:08 / 15 Dekabr 2025
63
16:59 / 15 Dekabr 2025
159
16:49 / 15 Dekabr 2025
591
16:40 / 15 Dekabr 2025
131
16:26 / 15 Dekabr 2025
126
16:16 / 15 Dekabr 2025
100
15:55 / 15 Dekabr 2025
189
15:45 / 15 Dekabr 2025
492
15:20 / 15 Dekabr 2025
665
15:17 / 15 Dekabr 2025
120
15:00 / 15 Dekabr 2025
575
14:53 / 15 Dekabr 2025
2054
14:48 / 15 Dekabr 2025
88
14:39 / 15 Dekabr 2025
93
14:19 / 15 Dekabr 2025
565
14:13 / 15 Dekabr 2025
303
14:11 / 15 Dekabr 2025
96
13:00 / 15 Dekabr 2025
844
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.